Surə 22 · Cüz 17

Al-Hajj · 22:56

الْمُلْكُ يَوْمَئِذٍ لِلَّهِ يَحْكُمُ بَيْنَهُمْ ۚ فَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فِي جَنَّاتِ النَّعِيمِ

56. O gün hökm yalnız Alla­hındır. Allah onların ara­sında hökm ve­rə­cəkdir­. İman gətirib yaxşı işlər görənlər Nəim cən­nətlərində ola­caq­lar.

Təfsir

Qiyamət günü - onların özlərinə vəd edildikləri əzab içində yenidən diriləcəkləri gün - hökm yalnız Alla­ha aid olacaq. Bu barədə heç bir ixtilaf ola bilməz. Uca Allah o gün möminlərlə kafirlər ara­sında hökm ve­rə­cəkdir­. Hər kəsə dünyada ikən etdiyi əməllərin qarşılığını verəcəkdir. Uca Allaha iman gətirib yaxşı işlər görənlər üçün böyük mükafat olaraq tükənməz nemətləri olan və orada əbədi qalacaqları Nəim cən­nətləri vardır.

Oxuyucuda aç - Surəni tam oxu