Surə 22 · Cüz 17

Al-Hajj · 22:34

وَلِكُلِّ أُمَّةٍ جَعَلْنَا مَنْسَكًا لِيَذْكُرُوا اسْمَ اللَّهِ عَلَىٰ مَا رَزَقَهُمْ مِنْ بَهِيمَةِ الْأَنْعَامِ ۗ فَإِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ فَلَهُ أَسْلِمُوا ۗ وَبَشِّرِ الْمُخْبِتِينَ

34. Biz hər bir ümmət üçün qurban­gah müəyyən etdik ki, Alla­hın onlara ruzi olaraq ver­diyi heyvanları qurban kəsər­kən Allahın adı­nı çəksinlər. Sizin məbudunuz Tək olan İlahdır. Yalnız Ona ita­ət edin. Sən müti olanlara müjdə ver;

Təfsir

Biz hər bir keçmiş ümmətə onların qurban kəsib Allaha yaxınlaşmaları üçün müəyyən bir qurban­gah təyyin etdik ki, Alla­hın onlara ruzi olaraq verdiyi dəvə, inək və qoyun heyvanların üstündə Uca Allahın adını çəkərək (Bismilləh deyib) həmin heyvanlardan qurban kəssinlər.Ey İnsanlar! Haqq olan məbudunuz təkdir. Onun heç bir şəriki və ortağı yoxdur. Elə isə siz yalnız Ona ita­ət edərək, boyun əyin. Ey Peyğəmbər! Allahdan qorxub ixlasla yalnız Ona ibadət edənlərə olanları sevindirəcək şeylərlə xəbər ver.

Oxuyucuda aç - Surəni tam oxu