Surə 22 · Cüz 17
Al-Hajj · 22:23
إِنَّ اللَّهَ يُدْخِلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِنْ ذَهَبٍ وَلُؤْلُؤًا ۖ وَلِبَاسُهُمْ فِيهَا حَرِيرٌ
23. Həqiqətən də, Allah iman gətirib yaxşı işlər görənləri ağacları altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Onlar orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcək, libasları da ipəkdən olacaqdır.
Təfsir
İman edən dəstəyə gəldikdə isə, onlar, Allah iman gətirib yaxşı işlər görən kimsələrdir. Uca Allah onları qəsrləri və ağacları altından çaylar axan cənnətlərə daxil edəcəkdir. Uca Allah onları orada qızıl bilərziklərlə və mirvarilərlə bəzədəcəkdir. Onları Cənnətdəki libasları isə ipəkdən olacaqdır.