Surə 22 · Cüz 17

Al-Hajj · 22:19

۞ هَٰذَانِ خَصْمَانِ اخْتَصَمُوا فِي رَبِّهِمْ ۖ فَالَّذِينَ كَفَرُوا قُطِّعَتْ لَهُمْ ثِيَابٌ مِنْ نَارٍ يُصَبُّ مِنْ فَوْقِ رُءُوسِهِمُ الْحَمِيمُ

19. Onlar öz Rəbbi barə­sin­də hö­cət­ləşən iki dəstədir. Ka­firlər üçün oddan paltar bi­çi­lə­cək, başlarına da qaynar su tö­küləcəkdir.

Təfsir

Bu, hansının haqqa daha yaxın olduğunu isbat etmək üçün Rəbbi barə­sin­də hö­cət­ləşən iki dəstədir. İman edən dəstəninmi, yoxsa küfr edən dəstənin? Paltar insanı bürüdüyü kimi, Cəhənnəm atəşi də kafir olan dəstəni elə bi­çi­lə­cək və başlarına olduqca qaynar su tö­küləcəkdir.

Oxuyucuda aç - Surəni tam oxu