Surə 22 · Cüz 17

Al-Hajj · 22:17

إِنَّ الَّذِينَ آمَنُوا وَالَّذِينَ هَادُوا وَالصَّابِئِينَ وَالنَّصَارَىٰ وَالْمَجُوسَ وَالَّذِينَ أَشْرَكُوا إِنَّ اللَّهَ يَفْصِلُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ

17. Şübhəsiz ki, Qiyamət gü­nü Allah möminlər, yəhudi­lər, sa­bi­ilər, xaçpə­rəst­­lər, atəş­pə­rəst­lər və müşriklər ara­sında hökm ve­rə­cəkdir. Həqiqətən, Allah hər şeyə şahiddir.

Təfsir

Şübhəsiz ki, Uca Allah Qiyamət günü bu ümmətdən tək Allaha iman edənlər, yəhudilər, sa­bi­ilər, (sa­bi­ilər: bəzi peyğəmbərlərin ardıcılları olmuş bir qövmdür) nəsrani­­lər, atəşə və bütlərə sitayiş edənlər ara­sında hökm ve­rəcək, möminləri Cənnətə və onlardan qeyrilərini isə Cəhənnəmə daxil edəcəkdir. Həqiqətən, Uca Allah qullarının bütün söz və əməllərinə şahiddir və bunlardan heç bir şey Ona gizlin qalmaz. Allah qiyamət günü onların dünyada ikən etdikləri əməllərin mükafatını verəcəkdir.

Oxuyucuda aç - Surəni tam oxu