Surə 2 · Cüz 1
Al-Baqarah · 2:93
وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ خُذُوا مَا آتَيْنَاكُمْ بِقُوَّةٍ وَاسْمَعُوا ۖ قَالُوا سَمِعْنَا وَعَصَيْنَا وَأُشْرِبُوا فِي قُلُوبِهِمُ الْعِجْلَ بِكُفْرِهِمْ ۚ قُلْ بِئْسَمَا يَأْمُرُكُمْ بِهِ إِيمَانُكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
93. Bir zaman sizdən əhd-peyman aldıq, Tur dağını başınız üstünə qaldırdıq və buyurduq: “Sizə verdiyimizdən möhkəm yapışın və eşidin!” Küfrlərinə görə buzova olan məhəbbət onların qəlblərinə yeridilmişdi deyə, onlar: “Eşitdik və asi olduq!”– dedilər. De: “Əgər siz möminsinizsə, imanınızın sizə əmr etdiyi şey necə də pisdir!”
Təfsir
Yadınıza salın ki, o zaman Biz sizdən möhkəm bir əhd alaraq Musaya (Aleyhis-salam) tabe olun, onun sizə Allahdan gətirdiklərini qəbul edin dedik. Sizi qorxutmaq üçün Tur dağını başınızın üstünə qaldırdıq və sizə: "Tövratdan verdiyimizdən möhkəm yapışın, oradakı hökmləri dinləyib, qəbul və əməl edin!" –demişdik. Siz isə: "Qulaqlarımıza eşidib, əməllərimizlə asi olduq" –dediniz. Küfrləri üzündən buzova olan ibadət qəlblərini bürümüşdü. Ya Rəsulum! Onlara de: "Əgər iman gətirmisinizsə, imanınızın sizə Allaha küfür etməsini əmr etməsi necə də pisdir!". Çünki həqiqi imanla küfür heç vaxt birgə olmaz.