Surə 2 · Cüz 1

Al-Baqarah · 2:80

وَقَالُوا لَنْ تَمَسَّنَا النَّارُ إِلَّا أَيَّامًا مَعْدُودَةً ۚ قُلْ أَتَّخَذْتُمْ عِنْدَ اللَّهِ عَهْدًا فَلَنْ يُخْلِفَ اللَّهُ عَهْدَهُ ۖ أَمْ تَقُولُونَ عَلَى اللَّهِ مَا لَا تَعْلَمُونَ

80. Onlar dedilər: “Od bizə ancaq bir neçə gün toxuna­caq!” De: “Məgər siz Allahdan əhd al­mısı­nız? Bilin ki, Allah ver­diyi əhdə əsla xilaf çıxmaz! Yoxsa Alla­ha qarşı bilmədi­yi­nizi danışırsı­nız?!”

Təfsir

Yəhudilər yalandan və qürurlanaraq: "Cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz və biz orada bir necə gündən artıq qalmarıq" –deyərlər. Ya Peyğəmbər! Onlara söylə: "Siz Allahdan buna görə möhkəm bir vəd almısınızmı? Əgər həqiqətəndə belədirsə Allah verdiyi əhdə əsla xilaf çıxmaz! Yoxsa siz, yalandan Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?".

Oxuyucuda aç - Surəni tam oxu