Surə 2 · Cüz 1

Al-Baqarah · 2:67

وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِ إِنَّ اللَّهَ يَأْمُرُكُمْ أَنْ تَذْبَحُوا بَقَرَةً ۖ قَالُوا أَتَتَّخِذُنَا هُزُوًا ۖ قَالَ أَعُوذُ بِاللَّهِ أَنْ أَكُونَ مِنَ الْجَاهِلِينَ

67. Bir zaman Musa öz qövmünə dedi: “Allah sizə bir inək kəs­mə­nizi əmr edir!” Onlar: “Sən bi­zi ələ salırsan?!”– dedi­lər. Musa: “Ca­hillərdən ol­maqdan Alla­­ha sığı­nı­ram!”– dedi.

Təfsir

Babalarınızla Musa (Aleyhis-salam) arasında baş vermiş əhvalatı yadınıza salın. Belək ki, Musa Allahın onlara hər hansı bir inək kəsmələrini əmr etdiyini xəbər verdikdə, onlar inək kəsməyə tələsmək əvəzinə, inadkarlıqla: "Sən bizə istehza edirsən" –dedilər. Musa isə cavabında onlara: "Allah adından yalan söyləyib, insanlara istehza etməkdən Allaha sığınıram!"– dedi.

Oxuyucuda aç - Surəni tam oxu