Surə 2 · Cüz 1

Al-Baqarah · 2:63

وَإِذْ أَخَذْنَا مِيثَاقَكُمْ وَرَفَعْنَا فَوْقَكُمُ الطُّورَ خُذُوا مَا آتَيْنَاكُمْ بِقُوَّةٍ وَاذْكُرُوا مَا فِيهِ لَعَلَّكُمْ تَتَّقُونَ

63. Bir zaman sizdən əhd-peyman aldıq, Tur dağını başınız üs­tünə qal­dırdıq və buyurduq: “Si­zə ver­diyi­mizdən möh­kəm ya­pışın və onun için­dəkiləri ya­da salın ki, bəlkə Allahdan qor­xasınız!”

Təfsir

Bir zaman sizdən Allaha və rasullarına iman gətirəsiniz deyə ağır bir əhd aldığımızı xatırlayın. Sizi əhdə əməl etməməkdən qorxudub çəkindirnək, sizə göndərdiyimiz Tövrata səhlənkar və tənbəlliklə deyil, əksinə, ondan möhkəm tutunmaq, içindəkiləri isə qoruyub (və ya əzbərləyib) tədəbbür etməyiniz üçün dağı başınız üstünə qaldırdıq ki, bəlkə, bunun səbəbi ilə Uca Allahın əzabından çəkinəsiniz.

Oxuyucuda aç - Surəni tam oxu