Surə 2 · Cüz 1

Al-Baqarah · 2:57

وَظَلَّلْنَا عَلَيْكُمُ الْغَمَامَ وَأَنْزَلْنَا عَلَيْكُمُ الْمَنَّ وَالسَّلْوَىٰ ۖ كُلُوا مِنْ طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ ۖ وَمَا ظَلَمُونَا وَلَٰكِنْ كَانُوا أَنْفُسَهُمْ يَظْلِمُونَ

57. Biz sizin üs­tünüzə bu­ludla kölgə saldıq, sizə manna və bil­dirçin endirdik və: “Sizə ruzi ola­raq ver­diyimiz pak şey­­lərdən ye­yin!”– dedik. Onlar Bi­zə yox, an­caq özlərinə zülm etdilər.

Təfsir

Səhrada yolunuzu azdığınız zaman sizi günəşin hərarətindən qorumaq üçün üzərinizə bulud göndərməyimiz, sizə bal kimi şirin su yağdırmağımız, həmçinin, sizə ruzi olaraq sümman quşu kimi dadlı əti olan kiçik quş bəxş etməyimiz və sizə: "Ruzi olaraq verdiyimiz halal şeylərdən yeyin!" -deməyimiz də sizə olan nemətlərimizdən idi. Onlar bu nemətlərin müqabilində Allaha asiliklər etmələri isə Allaha bir zərər vermədi, lakin onlar bu əməlləri ilə yalnız savablarının azalması və özlərini əzaba məruz qoymaları ilə özlərinə zülm etdilər.

Oxuyucuda aç - Surəni tam oxu