Surə 2 · Cüz 1

Al-Baqarah · 2:54

وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِ يَا قَوْمِ إِنَّكُمْ ظَلَمْتُمْ أَنْفُسَكُمْ بِاتِّخَاذِكُمُ الْعِجْلَ فَتُوبُوا إِلَىٰ بَارِئِكُمْ فَاقْتُلُوا أَنْفُسَكُمْ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ عِنْدَ بَارِئِكُمْ فَتَابَ عَلَيْكُمْ ۚ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ

54. O zaman Musa öz qöv­mü­nə dedi: “Ey qövmüm! Siz buzo­va ibadət etməklə özü­nü­zə zülm et­diniz. Odur ki, Ya­ra­da­nı­nıza töv­bə edin və özü­nüzü öl­dürün. Bu, Yara­da­nını­zın yanında sizin üçün xe­yir­lidir.” O, sizin töv­bə­ni­zi qə­bul etdi. Həqiqətən də, O, töv­bələri qə­bul edən­dir, Rəhm­li­dir.

Təfsir

Siz buzova tapındığınızdan sonra, Allah sizi bu əməldən tövbə etməyə müvəffəq etməsi nemətini bir daha xatırlayın. Belə ki, Musa (Aleyhis-salam) sizə belə demişdir: "Ey qövmüm, Siz buzovu ilah qəbul edib ona ibadət etməklə özünüzə zülm etdiniz. Buna görə də, sizlərdən buzova ibadət edənləri öldürməklə xaliqinizə və yaradanınıza tövbə edib Ona tərəf qayıdın. Sizin belə tövbə etməniz küfür əməldə israr edib əbədi odda qalmağınızdan daha xeyirlidir". Siz Allahın sizə olan köməyi ilə tövbəniz qəbul olsun deyə özünüzü öldürmək istədiyiniz halda Allah da tövbənizi qəbul etdi. Çünki Allah tövbələri qəbul edən və qullarına rəhimlidir.

Oxuyucuda aç - Surəni tam oxu