Surə 2 · Cüz 1

Al-Baqarah · 2:48

وَاتَّقُوا يَوْمًا لَا تَجْزِي نَفْسٌ عَنْ نَفْسٍ شَيْئًا وَلَا يُقْبَلُ مِنْهَا شَفَاعَةٌ وَلَا يُؤْخَذُ مِنْهَا عَدْلٌ وَلَا هُمْ يُنْصَرُونَ

48. Qorxun o gündən ki, o vaxt heç kəs heç kəsə fayda ve­rə bil­mə­yəcək, heç kəsdən şə­faət qə­bul olun­mayacaq, heç kəsdən bir fid­yə alın­mayacaq və onlara kömək göstə­rilməyəcək­.

Təfsir

Allahın əmirlərini yerinə yetirib qadağanlarını tərk etməklə özünüzlə qiyamət əzabı arasında vasitə tutun. Çünki o gün, heç kəs heç kəsə fayda verə bilməz. Allahın izni olmadan, zərərdən qorunmaq və ya fayda vermək üçün heç kəsdən şəfaət qəbul edilməz. Əzabdan qurtarmaq üçün dünya dolusu qızıl fidyə versə belə, yenə də qəbul olunmaz və o gün onların heç bir yardımçısı da olmaz. Əgər o gün heç bir şəfaətçi, fidyə və ya yardımçı Allahın əzabdan qurtarmaq üçün fayda verməyəcəksə elə isə qaçıb can qurtarmağa yer haradadır?!

Oxuyucuda aç - Surəni tam oxu