Surə 2 · Cüz 1

Al-Baqarah · 2:29

هُوَ الَّذِي خَلَقَ لَكُمْ مَا فِي الْأَرْضِ جَمِيعًا ثُمَّ اسْتَوَىٰ إِلَى السَّمَاءِ فَسَوَّاهُنَّ سَبْعَ سَمَاوَاتٍ ۚ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

29. Yer üzündə olanların ha­­­mısını sizin üçün xəlq edən, son­ra gö­yə ucalıb onu yed­di qat göy edən Odur. O, hər şeyi bilir.

Təfsir

Çayları, ağacları və yer üzündə saysız-hesabsız varlıqların hamısını sizin üçün yaradan tək Allahdır. Siz isə Allahın sizə ram etdiyi bu nemətlərdən faydalanıb, bəhrələnirsiniz. Sonra Allah səmaya ucalaraq onu eyibsiz yeddi qat göy yaratdı. Hər bir şeyi elmi ilə əhatə edəndə Odur.

Oxuyucuda aç - Surəni tam oxu