Surə 2 · Cüz 3

Al-Baqarah · 2:279

فَإِنْ لَمْ تَفْعَلُوا فَأْذَنُوا بِحَرْبٍ مِنَ اللَّهِ وَرَسُولِهِ ۖ وَإِنْ تُبْتُمْ فَلَكُمْ رُءُوسُ أَمْوَالِكُمْ لَا تَظْلِمُونَ وَلَا تُظْلَمُونَ

279. Belə etməsəniz, Alla­hın və Onun rəsulunun sizə mühari­bə elan etdi­yini bilin. Yox, əgər töv­bə etsəniz, sər­mayəniz sizin­dir. Nə siz zülm edər­si­niz, nə də sizə zülm olunar.

Təfsir

Əgər sizə əmr olunanı etməsəniz, Alla­hın və Onun rəsulunun sizə mühari­bə elan etdi­yini bilin və buna yəqin olun. Yox, əgər sələmi tərk edib, Allaha töv­bə etsəniz, borc verdiyiniz mallarınızın maya dəyəri sizin­dir. Mallarınızın maya dəyərindən artıq almamaqla nə siz zülm edər­si­niz, maya dəyərindən naqis qaytarmamaqla nə də sizə zülm olunar.

Oxuyucuda aç - Surəni tam oxu

Al-Baqarah 2:279 · Tlawati