Surə 2 · Cüz 3

Al-Baqarah · 2:274

الَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ بِاللَّيْلِ وَالنَّهَارِ سِرًّا وَعَلَانِيَةً فَلَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

274. Mallarını gecə və gün­düz, gizli və aşkar xərcləyən­lərin öz Rəbbi yanın­da müka­fatı vardır. Onlara heç bir qor­xu yoxdur və on­lar kədərlən­məyə­cəklər.

Təfsir

Mallarını Allahın razılığını diləyərək, insanlara göstərmədən və eşitdirmədən gecə və gün­düz, gizli və aşkar xərcləyən­lərin Qiyamət gün öz Rəbbi yanın­da müka­fatı vardır. Axirətdə onların heç bir qor­xusu olmaz və dünyada əldə edə bilmədikləri nemətlərə görə də on­lar kədərlən­məzlər. Bunlar Allahın lütfü və neməti sayəsindədir.

Oxuyucuda aç - Surəni tam oxu