Surə 2 · Cüz 2

Al-Baqarah · 2:249

فَلَمَّا فَصَلَ طَالُوتُ بِالْجُنُودِ قَالَ إِنَّ اللَّهَ مُبْتَلِيكُمْ بِنَهَرٍ فَمَنْ شَرِبَ مِنْهُ فَلَيْسَ مِنِّي وَمَنْ لَمْ يَطْعَمْهُ فَإِنَّهُ مِنِّي إِلَّا مَنِ اغْتَرَفَ غُرْفَةً بِيَدِهِ ۚ فَشَرِبُوا مِنْهُ إِلَّا قَلِيلًا مِنْهُمْ ۚ فَلَمَّا جَاوَزَهُ هُوَ وَالَّذِينَ آمَنُوا مَعَهُ قَالُوا لَا طَاقَةَ لَنَا الْيَوْمَ بِجَالُوتَ وَجُنُودِهِ ۚ قَالَ الَّذِينَ يَظُنُّونَ أَنَّهُمْ مُلَاقُو اللَّهِ كَمْ مِنْ فِئَةٍ قَلِيلَةٍ غَلَبَتْ فِئَةً كَثِيرَةً بِإِذْنِ اللَّهِ ۗ وَاللَّهُ مَعَ الصَّابِرِينَ

249. Talut əsgərlə­rlə birlikdə dö­yüşə yola düşdükdə onlara de­di: “Allah sizi bir çayla sınağa çəkəcək. Kim on­dan iç­sə, o mən­dən deyildir. Əli ilə bir ovuc götürüb dadanlar istisna olmaqla kim on­dan içməsə, o məndən­dir.” Onla­rın az bir qis­mi is­tis­na ol­maqla ha­mı­sı ondan su iç­di. Talut və onunla birlikdə olan mö­min­lər çayı keç­dikdən son­ra bəziləri de­dilər: “Bu gün bizim Caluta və onun əs­gərlərinə qarşı vuruşmağa gü­cü­müz yoxdur.” Allah­la qar­şılaşa­caq­ları­nı yəqin bi­lən­lər isə de­di­lər: “Neçə-neçə az saylı dəs­tə olub ki, Allahın izni ilə çox saylı dəs­təyə­ qalib gəlib!” Allah sə­bir edən­lərlə­dir.

Təfsir

Talut qoşunla birlikdə yurdundan çıxdıqda onlara dedi: "Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir və döyüşdə mənimlə birgə olmasın. Kim ondan içməsə, o, məndəndir, döyüşdə mənimlə birgə ola bilər. Lakin məcbur olub bir ovuc miqdarında su içənə heç bir günah olmaz". Əsgərlərdən şiddətli sususluqa səbir edən az bir qismi istisna olmaqla hamısı o çaydan su içdilər. Talut və onunla olan möminlər çayı birlikdə keçdikdən sonra əsgərlərindən bəziləri dedilər: "Bu gün bizim Calut və onun qoşunu ilə döyüşməyə gücümüz çatmayacaq". Bu zaman, qiyamət günü Allahla qarşılaşacaqlarına yəqin olanlar isə dedilər: "Neçə-neçə sayı az olan mömin dəstə Allahın izni və yardımı ilə sayı çox olan kafir dəstəyə qalib gəlmişdir! Qələbə çalmaq üçün əsas imandır, çoxluq deyildir. Allah səbr edən qulları ilə birgədir, onlara qüvvət verər və yardım edər".

Oxuyucuda aç - Surəni tam oxu