Surə 2 · Cüz 2

Al-Baqarah · 2:243

۞ أَلَمْ تَرَ إِلَى الَّذِينَ خَرَجُوا مِنْ دِيَارِهِمْ وَهُمْ أُلُوفٌ حَذَرَ الْمَوْتِ فَقَالَ لَهُمُ اللَّهُ مُوتُوا ثُمَّ أَحْيَاهُمْ ۚ إِنَّ اللَّهَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَشْكُرُونَ

243. Sayları minlərlə olduğu halda ölüm qorxusundan dolayı yurd­la­rından çı­xanları gör­mə­dinmi? Allah onlara: “Ölün!”– dedi. Sonra isə onları diriltdi. Doğru­dan da, Allah in­san­lara qarşı lütfkar­dır, la­kin insan­la­rın çoxu buna şükür etmir.

Təfsir

Ey Peyğəmbər! Məgər çoxlu sayda insanların vəba yaxud başqa bir xəstəlik üzündən, ölümdən qorxaraq, yurdlarını tərk edib getmə xəbəri sənə gəlib çatmadımı? Onlar İsrail oğullarından bir tayfa idi. Allah onlara: "Ölün!"– dedi. Onlarda dərhal öldülər. Sonra isə Allah onlara, bütün işlərin Onun əlində olduğunu, onların özlərinə nə bir xeyir nə də ki, bir zərər verməyə qabir olmadığlarını bəyan etmək üçün onları yenidən diriltdi. Həqiqətən, Allah insanlara bol-bol nemətlər bəxş edən və onlara qarşı lütfkardır, lakin insanların çoxu bu nemətlərə görə Allaha şükür etməzlər!

Oxuyucuda aç - Surəni tam oxu