Surə 2 · Cüz 2

Al-Baqarah · 2:236

لَا جُنَاحَ عَلَيْكُمْ إِنْ طَلَّقْتُمُ النِّسَاءَ مَا لَمْ تَمَسُّوهُنَّ أَوْ تَفْرِضُوا لَهُنَّ فَرِيضَةً ۚ وَمَتِّعُوهُنَّ عَلَى الْمُوسِعِ قَدَرُهُ وَعَلَى الْمُقْتِرِ قَدَرُهُ مَتَاعًا بِالْمَعْرُوفِ ۖ حَقًّا عَلَى الْمُحْسِنِينَ

236. Yaxınlıq etmədiyiniz və mehrini təyin etmədiyiniz qa­dın­ları boşasanız, sizə heç bir günah gəlməz. Onlara pay verin – varlı öz imkanına görə, kasıb da öz im­ka­nı­na görə, şə­riətə müvafiq qay­da üzrə pay versin. Bu, yax­şılıq edən­lər üçün bir borcdur.

Təfsir

Nikah bağladıqdan sonra cinsi əladəqdə olmadan və müəyyən bir mehr təyin etmədiyinizdən əvvəl zövcələrinizi boşasanız, sizə heç bir günah gəlməz. Əgər onları bu halda boşamalı olsanız, onlara mehr verməniz vacib deyildir. Vacib olan isə, onların könülünü almaq üçün, imkan daxilində, əgər kişi varlıdırsa çox mal, əgər kasıbdırsa az mal verməsidir. Bu mal vermək, yaxşılıq edənlərin əməllərində və müamələlərində vacib bir haqqdır.

Oxuyucuda aç - Surəni tam oxu