Surə 2 · Cüz 2

Al-Baqarah · 2:220

فِي الدُّنْيَا وَالْآخِرَةِ ۗ وَيَسْأَلُونَكَ عَنِ الْيَتَامَىٰ ۖ قُلْ إِصْلَاحٌ لَهُمْ خَيْرٌ ۖ وَإِنْ تُخَالِطُوهُمْ فَإِخْوَانُكُمْ ۚ وَاللَّهُ يَعْلَمُ الْمُفْسِدَ مِنَ الْمُصْلِحِ ۚ وَلَوْ شَاءَ اللَّهُ لَأَعْنَتَكُمْ ۚ إِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ

220. dünya və axirət barə­sin­də. Sən­dən yetimlər haq­qın­da so­ru­­şurlar. De: “Onlara yax­şı­lıq et­mək daha xeyirlidir. Əgər on­ları öz işi­ni­zə qatırsınızsa, bilin ki, onlar sizin qardaşları­nız­dır.” Allah fə­sad tö­rə­dəni yax­şı­lıq edəndən ayırd edir. Əgər Allah istəsəydi, əlbəttə, si­zi çə­tin və­ziyyətə salar­dı. Şübhəsiz ki, Allah qüd­rətli­dir, hikmət sahibidir.

Təfsir

Allah bunu, sizə dünyada və axirətdə fayda verən şeylər barədə fikirləşməniz üçün qanun etdi. Ey Peyğəmbər! Səhabələrin səndən yetimə baxmaq və onlarla necə rəftar etmək barəsində soruşurlar? Səndən: Yetimələrə pul xərclədikdə, onları yedizdirdikdə və onlar üçün yaşayış yeri təmin etdikdə onların mallarını öz mallarına qatsınlarmı -deyə soruşurlar? Onlara cavab olaraq de: "Yetimlərin malını qorumaq məqsədi ilə onlardan heç bir əvəz almadan, yaxud onların malını öz mallarınıza qatmadan çoxaltsanız, onların malını qorumağınız sizin üçün Allah yanında daha xeyirlidir və daha böyük savabdır". Əgər onların malını məişət, yaşayış yeri kimi və s. buna oxşar şeylərdə öz malınıza qatsanız, sizə günah olmaz, onlar sizin qardaşlarınızdır, qardaşlar isə biri-birinə kömək edər və biri-birinin ehtiyacını ödəyər. Allah, yetimə himayədarliq edən kimsələrdən yetimin malına şərik olub onların malını zay edənləri də, onlara yaxşılıq edənləri də bilir. Əgər Allah yetimlərin malına görə sizi çətinləşdirmək istəsəydi, əlbəttə ki, çətinləşdirərdi. Lakin uca və pak olan Allah sizə yetimlərlə davranmaq yolunu asanlaşdırmışdır, çünki Allahın şəriəti asanlıq üzərində bina edilmişdir. Həqiqətən, Allah qüdrətlidir heç kim Ona qələbə çala bilməz və O, xəlq etməyində, işlərində və şəriətində hikmətlidir.

Oxuyucuda aç - Surəni tam oxu