Surə 2 · Cüz 2

Al-Baqarah · 2:217

يَسْأَلُونَكَ عَنِ الشَّهْرِ الْحَرَامِ قِتَالٍ فِيهِ ۖ قُلْ قِتَالٌ فِيهِ كَبِيرٌ ۖ وَصَدٌّ عَنْ سَبِيلِ اللَّهِ وَكُفْرٌ بِهِ وَالْمَسْجِدِ الْحَرَامِ وَإِخْرَاجُ أَهْلِهِ مِنْهُ أَكْبَرُ عِنْدَ اللَّهِ ۚ وَالْفِتْنَةُ أَكْبَرُ مِنَ الْقَتْلِ ۗ وَلَا يَزَالُونَ يُقَاتِلُونَكُمْ حَتَّىٰ يَرُدُّوكُمْ عَنْ دِينِكُمْ إِنِ اسْتَطَاعُوا ۚ وَمَنْ يَرْتَدِدْ مِنْكُمْ عَنْ دِينِهِ فَيَمُتْ وَهُوَ كَافِرٌ فَأُولَٰئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالْآخِرَةِ ۖ وَأُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ

217. Səndən haram ayında vu­ruş­maq barəsində so­ru­şur­lar. De: “Bu ayda vu­ruşmaq böyük gü­nah­dır. Lakin insan­ları Allah yo­lun­dan sapdır­maq, Ona küfr etmək, müsəlmanları Məs­ci­dulha­ra­m­a bu­raxmamaq və onun sa­kin­lərini ora­dan çı­xart­maq Allah ya­nında daha bö­yük günahdır. Fitnə isə qətl­dən də bö­yük gü­nahdır.” Ka­fir­­lər ba­carsalar, sizi dini­niz­dən dön­dərənə qədər si­zinlə vu­ruş­maq­dan əl çək­mə­yə­cəklər. Sizlər­dən hər kim dinin­dən dö­nüb ka­fir ola­raq ölərsə, onların əməlləri dünyada və axi­rətdə puça çı­xar. On­lar Od sa­kin­lə­ri­dir­lər və onlar orada əbədi qala­caq­lar.

Təfsir

Ey Peyğəmbər! Səndən haram ayında: zülqədə, zülhiccə, məhərrəm və rəcəb aylarında vuruşmaq barəsində soruşurlar. Onlara cavab olaraq de: "Bu ayda vuruşmaq Allah qatında böyük günah və pis əməldir, amma müşriklərin etdiyi kimi insanları Allah yolundan sapdırmaq, möminləri Məscidulharama buraxmamaq və Məscidulharam sakinlərini oradan çıxartmaq Allah yanında bu aylarda vuruşmaqdan da daha böyük günahdır. Onların etdikləri şirk, vuruşmaqdan daha böyükdür. Ey Möminlər! Müşriklər bacardıqca sizi haqq dininizdən batilə döndərənə qədər sizinlə vuruşmaqdan əl çəkməyəcəklər. Sizlərdən hər kim dinindən dönüb Allaha kafir olaraq ölsə, onun saleh əməli batil olar və onun axirətdə qayıdış yeri oda daxil olub və orada əbədi qalmaq olar.

Oxuyucuda aç - Surəni tam oxu