Surə 2 · Cüz 2

Al-Baqarah · 2:211

سَلْ بَنِي إِسْرَائِيلَ كَمْ آتَيْنَاهُمْ مِنْ آيَةٍ بَيِّنَةٍ ۗ وَمَنْ يُبَدِّلْ نِعْمَةَ اللَّهِ مِنْ بَعْدِ مَا جَاءَتْهُ فَإِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ

211. İsrail oğullarından so­ruş ki, Biz onlara nə qədər ay­dın də­lil­lər göndər­dik. Kim özünə Allahın ne­mə­ti­ gəldikdən sonra onu də­yiş­dirərsə, bilsin ki, Allah şid­dətli cəza verəndir.

Təfsir

Ey Peyğəmbər! İsrail oğullarından onları məzəmmət edərək onlardan soruş ki, uca Allah sizə peyğəmbərlərin doğruluğuna dəlalət edən nə qədər açıq-aydın dəlillər göstərdi! Siz isə bu dəlilləri yalan sayıb üz çevirdiniz. Kim Allahın nemətini bildikdən sonra onu inkar edib, yalan sayaraq dəyişdirərsə bilsin ki, Allah inkar edib, yalan sayanlara şiddətli cəza verəcəkdir.

Oxuyucuda aç - Surəni tam oxu