Surə 2 · Cüz 2

Al-Baqarah · 2:208

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا ادْخُلُوا فِي السِّلْمِ كَافَّةً وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ ۚ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ

208. Ey iman gətirənlər! İs­la­mı bü­tövlüklə qə­bul edin və şey­ta­nın addım izləri ilə getmə­yin. Şübhə­siz ki, o sizə açıq-aydın düş­mən­dir.

Təfsir

Ey Allaha iman gətirənlər və Onun peyğəmbərinə tabe olan kimsələr! İslamı bütövlüklə qəbul edin, ondan heç bir şeyi tərk etməyin və Kitab əhlinin etdiyi kimi, kitabın bəzisinə iman edib, bəzisini isə inkar etməyin. Şeytanın yollarına tabe olmayın, çünki o, sizə düşmənçiliyi açıq-aydın olan və düşmənçiliyini göstərən düşməninizdir.

Oxuyucuda aç - Surəni tam oxu