Surə 2 · Cüz 2

Al-Baqarah · 2:203

۞ وَاذْكُرُوا اللَّهَ فِي أَيَّامٍ مَعْدُودَاتٍ ۚ فَمَنْ تَعَجَّلَ فِي يَوْمَيْنِ فَلَا إِثْمَ عَلَيْهِ وَمَنْ تَأَخَّرَ فَلَا إِثْمَ عَلَيْهِ ۚ لِمَنِ اتَّقَىٰ ۗ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّكُمْ إِلَيْهِ تُحْشَرُونَ

203. Sayı müəyyən olan gün­lərdə Allahı yad edin. Kim iki gün ərzində ayinləri yerinə yetirib Minadan tez çıxarsa, ona heç bir gü­nah ol­maz. Kim yu­ba­nar­sa, ona da heç bir günah olmaz. Bu, Allah­­dan qor­xanlara aid­dir. Allah­dan qor­xun və bilin ki, Onun hü­zuru­na toplanacaq­sı­nız.

Təfsir

Sayı az olan günlərdə: zilhiccənin 11-i, 12-si və 13-ü günlərində "Allahu Əkdər" və "Lə iləhə illə Allah" deyib Allahı yad edin. Kim tələsib, on ikinci gündə daş atdıqdan sonra minadan çıxmaq istəyərsə, çıxa bilər və ona heç bir günah olmaz, çünki Allah bunu yüngülləşdirmişdir. Kim də 13-cü gün daş atdıqdan sonra çıxmaq istəyərsə, edə bilər və ona da heç bir günah olmaz. Bunu edən şəxs, ən kamilini etmiş və peyğəmbərin (sallallahu aleyhi və səlləm) sünnəsinə tabe olmuşdur. Bunların hamısı, öz həccində Allahdan qorxaraq, həcc əməllərini, Allahın əmr etdiyi kimi yerinə yetirən, Allahın əmrlərinə tabe olub, qadağanlarından çəkinərək Allahdan qorxun şəxs üçündür. Bilin ki, siz, yalnız Onun hüzuruna dönəcəksiz və O, sizi əməllərinizə görə mükafatlandıracaqdır.

Oxuyucuda aç - Surəni tam oxu