Surə 2 · Cüz 1

Al-Baqarah · 2:19

أَوْ كَصَيِّبٍ مِنَ السَّمَاءِ فِيهِ ظُلُمَاتٌ وَرَعْدٌ وَبَرْقٌ يَجْعَلُونَ أَصَابِعَهُمْ فِي آذَانِهِمْ مِنَ الصَّوَاعِقِ حَذَرَ الْمَوْتِ ۚ وَاللَّهُ مُحِيطٌ بِالْكَافِرِينَ

19. Yaxud onların misalı zül­­­mətlər için­də göy gurultusu və şim­şəklə göydən yağan leysana düşən­lə­rin misalına bənzəyir ki, il­dı­rım­dan öl­mək qor­xu­su ilə bar­maq­larını qulaqla­rına tıxa­yır­lar. Şüb­həsiz ki, Allah ka­fir­ləri hər tərəf­dən əhatəyə al­mışdır.

Təfsir

Onların su misalı isə, başının üstünü gurultulu şimşək və leysan yağışı ilə dolu qara buludlar almış bir qövmün leysan və ildırımın vurub öldürməsi qorxusundan barmaqlarını qulaqlarına tıxamalarına bənzəyir. Halbuki Allah, kafirləri Öz elmi, qüdrəti ilə ehtiva etmişdir, Onun əlindən əsla qaçıb qurtara bilməzlər. Bu, Allah üçün heç də çətin deyildir.

Oxuyucuda aç - Surəni tam oxu