Surə 2 · Cüz 2

Al-Baqarah · 2:189

۞ يَسْأَلُونَكَ عَنِ الْأَهِلَّةِ ۖ قُلْ هِيَ مَوَاقِيتُ لِلنَّاسِ وَالْحَجِّ ۗ وَلَيْسَ الْبِرُّ بِأَنْ تَأْتُوا الْبُيُوتَ مِنْ ظُهُورِهَا وَلَٰكِنَّ الْبِرَّ مَنِ اتَّقَىٰ ۗ وَأْتُوا الْبُيُوتَ مِنْ أَبْوَابِهَا ۚ وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ

189. Səndən yeni doğan ay­lar barə­sində soruşurlar. De: “Bun­lar insanlar və həcc üçün vaxt öl­çü­lə­ridir.” Evlərə arxa tə­rəfindən da­xil olmağınız yaxşı əməl de­yil­dir. Lakin yaxşı əməl sahibi Allah­dan qorxan kəsdir. Evlərə qapı­ların­dan daxil olun! Allahdan qor­xun ki, bəlkə ni­cat tapasınız.

Təfsir

Ey Peyğımbər! Səndən yeni doğan ayların yaranması və bu ayların dəyişməsi barəsində soruşurlar. Sən onlara cavab olaraq bunun hikməti haqqda belə de: "Bunlar insanlar üçün vaxt ölçüləridir, onlar bu aylar vasitəsi ilə hacc aylarının və orucun vaxtını, zəkatın bir ilin tamam olmasını kimi ibadət vaxtlarını və müamələ məsələlərində də qanbahası vermək və borcu qayramaq kimi müəyyən etdikləri vaxtları bilirlər". Həcc və ya ömrə ehram libasında olduqda -Cahiliyyət dövründə düşündüyünüz kimi- evlərə arxa tərəfdən daxil olmaq heç də yaxşı və xeyir əməl deyildir. Lakin həqiqi yaxşı əməl sahibi Allahdan gizlidə və aşkarda qorxan insandır. Evlərə qapılarından daxil olumaq sizin üçün daha rahatdır və məşəqqətdən uzaqdır. Çünki Allah sizi, çətin və məşəqqətli işlərtlə mükəlləf etməmişdir. Saleh əməl edərək özünüzlə Allahın əzabı arasında sipər edin. Belə etsəniz bəlkə istədiyinizə nail olmaqla və qorxduqunuzdan nicat tapmaqla xoşbəxt olarsınız.

Oxuyucuda aç - Surəni tam oxu