Surə 2 · Cüz 2

Al-Baqarah · 2:187

أُحِلَّ لَكُمْ لَيْلَةَ الصِّيَامِ الرَّفَثُ إِلَىٰ نِسَائِكُمْ ۚ هُنَّ لِبَاسٌ لَكُمْ وَأَنْتُمْ لِبَاسٌ لَهُنَّ ۗ عَلِمَ اللَّهُ أَنَّكُمْ كُنْتُمْ تَخْتَانُونَ أَنْفُسَكُمْ فَتَابَ عَلَيْكُمْ وَعَفَا عَنْكُمْ ۖ فَالْآنَ بَاشِرُوهُنَّ وَابْتَغُوا مَا كَتَبَ اللَّهُ لَكُمْ ۚ وَكُلُوا وَاشْرَبُوا حَتَّىٰ يَتَبَيَّنَ لَكُمُ الْخَيْطُ الْأَبْيَضُ مِنَ الْخَيْطِ الْأَسْوَدِ مِنَ الْفَجْرِ ۖ ثُمَّ أَتِمُّوا الصِّيَامَ إِلَى اللَّيْلِ ۚ وَلَا تُبَاشِرُوهُنَّ وَأَنْتُمْ عَاكِفُونَ فِي الْمَسَاجِدِ ۗ تِلْكَ حُدُودُ اللَّهِ فَلَا تَقْرَبُوهَا ۗ كَذَٰلِكَ يُبَيِّنُ اللَّهُ آيَاتِهِ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَّقُونَ

187. Oruc gecəsi qadınlarınızla yaxınlıq etmək sizə ha­lal edil­di. On­lar sizin üçün bir libas, siz də, onlar üçün bir libassınız. Allah sizin oruc gecə­lə­rində qadınlarınızla yaxın­lıq etməklə özü­nüzə xəya­nət etdiyinizi bildi və töv­bə­nizi qəbul edib sizi ba­ğış­ladı. Artıq on­lara ya­xınlaşın və Allahın si­zin üçün əzəldən müəyyən et­di­yini­ istəyin. Dan ye­ri sö­küləndə, ağ sapın qara sap­dan se­çi­ldiyi sizə aydın ola­na­dək yeyin-için. Sonra gecəyə­dək oru­cunuzu ta­­mam­layın. Məs­cid­lərdə eti­kaf­da ol­du­ğunuz zaman on­larla ya­xın­lıq etmə­yin. Bun­lar Allahın qoy­du­ğu hüdud­lardır, onlara yaxınlaş­mayın! Allah Öz ayə­lərini in­san­lara belə bəyan edir ki, bəlkə On­dan qorxalar.

Təfsir

İslamın əvvəl vaxtında, kişi oruc gecəsi yatıb sonra da fəcrdən qabaq yuxudan oyansaydı ona yemək, içmək və ailəsinə yaxınlıq etmək haram idi. Ey Möminlər! Allah bu hökmü nəsx edib və sizə oruc gecələrində qadınlarınıza yaxınlıq etməyi halal etdi. Onlar sizin örtüyünüz və iffətinizdir, sizdə onların örtüyü və iffətisiniz. Siz daima biri-birinizə möhtacınız. Allah sizin öz nəfslərinizə xəyanət edərək, sizi qadağan etdiyi əməli etmənizi bilir. Allah sizə rəhm edib, tövbənizi qəbul etdi və bu hökmü sizin üçün yüngülləşdirdi. İndi isə qadınlarınıza yaxınlaşın və onlara, Allahın qədər olaraq yazdığı züriyyəti istəyərək yaxınlıq etdin. Dan yeri sökülənə, fəcrin ağlığı gecənin qaranlığından seçilənə qədər bütün gecəni yeyin-için. Sonra fəcirin vaxtı daxil olandan ta günəş batana qədər orucunuzu tamamlayın. Məscidlərdə etikafda olduğunuz zaman qadınlara yaxınlıq etməyin. Çünki bu etikafı batil edir. Yuxarıda qeyd edilən bu hökmlər, halal ilə haram arasında olan Allahın hüdudlarıdır, bu hüdudlara heç vaxt yaxın durmayın. Kim Allahın hüdudlarına yaınlaşarsa harama düşməsinə az qalar. Allah belə açıq-aydın hökmlərlə Öz ayələrini insanlara bəyan edir ki, bəlkə onlar əmr olunan işləri etməklə və qadağan olunan işləri isə tərk etməklə Allahdan qorxalar.

Oxuyucuda aç - Surəni tam oxu