Surə 2 · Cüz 2

Al-Baqarah · 2:180

كُتِبَ عَلَيْكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ الْمَوْتُ إِنْ تَرَكَ خَيْرًا الْوَصِيَّةُ لِلْوَالِدَيْنِ وَالْأَقْرَبِينَ بِالْمَعْرُوفِ ۖ حَقًّا عَلَى الْمُتَّقِينَ

180. Sizlərdən birinə ölüm gəl­­diyi zaman qoyub gedəcəyi mal­dan mü­vafiq qay­da­da va­li­deyn­lərə və ya­xın qo­hum­lara və­siy­yət etməsi ona va­­cib edil­miş­dir. Bu, müt­tə­qi­lər üçün bir borc­dur.

Təfsir

Sizlərdən birinə ölüm əlamətləri və ya səbəbləri gəldiyi zaman, əgər o, çoxlu mala sahibdirsə, şəriətin təyin etdiyi qaydaya müvafiq olaraq, malın üçdə birindən çox olmamaq şərti ilə valideynlərə və yaxın qohumlara vəsiyyət etməsi ona fərz edilmişdir. Buna əməl etmək, uca Allahdan qorxan müttəqilər üzərində təkid olunan bir haqdır. Bu hökm, miras ayələri nazil olmazdan əvvəl idi, miras ayələri nazil olduqdan sonra həmən ayələt meyitə kimin varis olduğunu və hər bir varisin də sahib olduğu malın miqdarını açıq-aydın bəyan etdi.

Oxuyucuda aç - Surəni tam oxu