Surə 2 · Cüz 2
Al-Baqarah · 2:177
۞ لَيْسَ الْبِرَّ أَنْ تُوَلُّوا وُجُوهَكُمْ قِبَلَ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَلَٰكِنَّ الْبِرَّ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَالْمَلَائِكَةِ وَالْكِتَابِ وَالنَّبِيِّينَ وَآتَى الْمَالَ عَلَىٰ حُبِّهِ ذَوِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينَ وَابْنَ السَّبِيلِ وَالسَّائِلِينَ وَفِي الرِّقَابِ وَأَقَامَ الصَّلَاةَ وَآتَى الزَّكَاةَ وَالْمُوفُونَ بِعَهْدِهِمْ إِذَا عَاهَدُوا ۖ وَالصَّابِرِينَ فِي الْبَأْسَاءِ وَالضَّرَّاءِ وَحِينَ الْبَأْسِ ۗ أُولَٰئِكَ الَّذِينَ صَدَقُوا ۖ وَأُولَٰئِكَ هُمُ الْمُتَّقُونَ
177. Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara və peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, yoxsullara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə xərcləyən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə, döyüş zamanı səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da, məhz onlardır.
Təfsir
Allah yanında Onun razı qaldığı xeyir əməl heç də məşriqə yaxud da məğribə tərəf çevirməkdən ibarət deyildir. Lakin həqiqi xeyir əməl sahibi tək ilah olan Allaha, qiyamət gününə, bütün mələklərə, nazil edilən bütün kitablara və aralarında heç bir fərq qoymadan bütün peyğəmbərlərə ima gətirən, mal-dövlətini çox sevib və ona həris olmasına rəğmən malını qohum-əqrəbasına, həddi-büluğa çatmazdan əvvəl atasını itirmiş yetimlərə, ehtiyac sahiblətinə, ailəsindən və vətənindən uzaq düşüb səfərdə yolda qalan qərib insana, ehtiyac üzündən insanlardan maddi kömək istəməyə məcbur qalan kimsəyə, malı qul və əsir azad olunmasına sərf edən, namazı Allahın əmr etdiyi kimi tam şəkildə qılıb, vacib zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, yoxsulluq, çətinlik və xəstəlik üz verdikdə səbir edənlər və cihad zamanı döyüşün şiddətli vaxtında döyüşdən qaçmayanlar kimsələr imanlarında, əməllərində və sözlərində Allaha sadiq olan kimsələrdir. Allahın onlara əmr etdiyini yerinə yetirib və onları qadağan etdiyi şeylərdəndə uzaq duran müttəqi olanlar da elə məhz onlardır.