Surə 2 · Cüz 2

Al-Baqarah · 2:174

إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنْزَلَ اللَّهُ مِنَ الْكِتَابِ وَيَشْتَرُونَ بِهِ ثَمَنًا قَلِيلًا ۙ أُولَٰئِكَ مَا يَأْكُلُونَ فِي بُطُونِهِمْ إِلَّا النَّارَ وَلَا يُكَلِّمُهُمُ اللَّهُ يَوْمَ الْقِيَامَةِ وَلَا يُزَكِّيهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

174. Şübhəsiz ki, Allahın na­­zil etdiyi kitabdan bir şey gizlədib onun müqabilində cüzi miq­dar­da pul əldə edənlər öz qarın­larına od­dan başqa bir şey dol­durmur­lar. Qiyamət gü­­nü Allah onları da­nış­dırmayacaq və onları tə­mizə çı­xarmayacaqdır. Onlar üçün ağrı­lı-acılı bir əzab vardır.

Təfsir

Yəhudi və nasranilərin etdikləri kimi, Allahın nazil etdiyi kitabda (Tövratda və İncildə) haqqa və Muhəmmədin (sallallahu aleyhi və səlləm) peyğəmbərliyinə dəlalət edən ayələri gizlədib və bunun müqabilində bir az başçılıq kimi yaxud şan-şöhrət yaxud da ki mal-dövlət əldə edənlərin həqiqətdə isə yedikləri qarınlarında onlara yalnız odla əzab olmaların səbəb olacaqdır. Qiyamət günü Allah onlarla onların sevidiyi tərzdə deyil, əksinə onları məyus edən tərzdə danışar, onları təmizə çıxarmaz və onlara tərif etməz. Onlara ağrıdıcı bir əzab vardır!

Oxuyucuda aç - Surəni tam oxu