Surə 2 · Cüz 2

Al-Baqarah · 2:172

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُلُوا مِنْ طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ وَاشْكُرُوا لِلَّهِ إِنْ كُنْتُمْ إِيَّاهُ تَعْبُدُونَ

172. Ey iman gətirənlər! Si­zə ruzi kimi ver­diyimiz pak şey­lər­dən yeyin və əgər yalnız Alla­ha ibadət edirsinizsə, Ona şü­kür edin!

Təfsir

Ey Allaha iman gətirib, Onun rəsuluna tabe olan kimsələr! Allahın sizə verdiyimiz təmiz və halal ruzilərdən yeyin! Allahın sizlərə bəxş etdiyi zahiri və batini nemətlərə görə Ona şükür edin! Uca Allahın sevdiyi əməlləri etməniz də və Ona asi olan əməllərdən də uzaq durmanız da Ona olan şükürdəndir! Əgər siz həqiqətən tək Allaha ibadət edib və Ona heç bir şeyi şərik qoşmursunuzsa!

Oxuyucuda aç - Surəni tam oxu