Surə 2 · Cüz 2

Al-Baqarah · 2:170

وَإِذَا قِيلَ لَهُمُ اتَّبِعُوا مَا أَنْزَلَ اللَّهُ قَالُوا بَلْ نَتَّبِعُ مَا أَلْفَيْنَا عَلَيْهِ آبَاءَنَا ۗ أَوَلَوْ كَانَ آبَاؤُهُمْ لَا يَعْقِلُونَ شَيْئًا وَلَا يَهْتَدُونَ

170. Onlara: “Allahın nazil et­diyinə tabe olun!”– deyildik­də, on­­lar: “Xeyr, biz atalarımı­zın tut­duğu yolla gedəcəyik!”– deyirlər. Bəs ataları heç bir şey an­la­mamış və doğ­ru yolda olmamışlarsa, onda necə?!

Təfsir

Kafirlərə: "Allahın göndərdiyi doğru yola və nura tabe olun!"– deyildikdə, onlar inadkarlıq edərək: "Biz yalnız ata-babalarımızın dininə tabe olacağıq!"– deyirlər. Əgər onların ata-babaları Allahın doğru yolundan və nurundan heç nə dərk etmirlərsə və Allahın sevib razı qaldığı haqq yol ilə getmirlərsə necə?!

Oxuyucuda aç - Surəni tam oxu