Surə 2 · Cüz 2

Al-Baqarah · 2:148

وَلِكُلٍّ وِجْهَةٌ هُوَ مُوَلِّيهَا ۖ فَاسْتَبِقُوا الْخَيْرَاتِ ۚ أَيْنَ مَا تَكُونُوا يَأْتِ بِكُمُ اللَّهُ جَمِيعًا ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

148. Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər gör­mək­də bir-biri­nizlə yarışın. Hara­da olursunuzsa olun, Allah sizin ha­mı­nızı bir yerə topla­ya­caq­dır. Şüb­hə­siz ki, Allah hər şeyə qa­dirdir.

Təfsir

Hər bir ümmətin hissi, yaxud da mənəvi üz tutduğu bir istiqaməti vardır. Ümmətlərin, Allahın onlar üçün etdiyi qiblədə müxtəlif olması buna bir dəlildir. Əgər qiblənin dəyişməsi Allahın əmri ilədirsə, tərəflərin müxtəlifliyi onlara bir zərər verməz. Ey möminlərt! Əmr olunduğunuz yaxşı işlər görməkdə bir-birinizlə yarışın! Harada olmanızdan aslı olmayaraq Allah sizi qiyamət günü bir yerə cəm edəcəkdir. Sizi bir yerə cəm etmək və əməllərinizin müqabilini vermək Allaha heç də çətin deyildir.

Oxuyucuda aç - Surəni tam oxu