Surə 2 · Cüz 2

Al-Baqarah · 2:144

قَدْ نَرَىٰ تَقَلُّبَ وَجْهِكَ فِي السَّمَاءِ ۖ فَلَنُوَلِّيَنَّكَ قِبْلَةً تَرْضَاهَا ۚ فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ ۚ وَحَيْثُ مَا كُنْتُمْ فَوَلُّوا وُجُوهَكُمْ شَطْرَهُ ۗ وَإِنَّ الَّذِينَ أُوتُوا الْكِتَابَ لَيَعْلَمُونَ أَنَّهُ الْحَقُّ مِنْ رَبِّهِمْ ۗ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا يَعْمَلُونَ

144. Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük. Odur ki, sə­ni razı qala­cağın qibləyə tə­rəf döndərəcəyik. Sən üzünü Məsci­dul­harama tərəf çevir! Ha­­rada olursu­nuzsa, olun, üzü­nü­zü ona tərəf çe­­virin! Şübhə­siz ki, Kitab verilən­lər bunun özlərinin Rəbbi tərə­findən ger­çək ol­du­ğunu bilirlər. Allah on­la­rın et­dik­lərin­dən qafil de­yil­­dir.

Təfsir

Ey Peyğəmbər! Biz sənin, vəhyin nazil olub qiblənin sənin istyədiyin tərəfə çevrilməsini gözləyərək, üzünü çevirməyi və göyə tərəf baxmağını gördük. Elə buna görə də biz indi, mütləq sənin üzünü Beytülmüqəddəsdən razı olub, sevdiyi qibləyə - Məscidülhərama tərəf döndərəcəyik. Sən üzünü Məkkədəki Məscidülhərama tərəf çevir! Ey möminlər! Siz də namaz qıldığınız zaman üzünüzü Məscidülhərama tərəf çevirin! Özlərinə kitab verilmiş yəhudi və nəsranilər qiblənin dəyişməsi, öz kitablarında sabit olduğu üçün bunu, onların Xaliqi və işlərini yoluna qoyan Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər. Allah heç də haqqdan üz çevirənlərin əməllərindən xəbərsiz deyildir. Əksinə, pak olan Allah, bunu yaxşı bilir və onların etdikləri əməllərin müqabilini verəcəkdir.

Oxuyucuda aç - Surəni tam oxu