Surə 2 · Cüz 2
Al-Baqarah · 2:142
۞ سَيَقُولُ السُّفَهَاءُ مِنَ النَّاسِ مَا وَلَّاهُمْ عَنْ قِبْلَتِهِمُ الَّتِي كَانُوا عَلَيْهَا ۚ قُلْ لِلَّهِ الْمَشْرِقُ وَالْمَغْرِبُ ۚ يَهْدِي مَنْ يَشَاءُ إِلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ
142. Səfeh adamlar deyəcəklər: “Müsəlmanları üz tutduqları qiblədən döndərən nədir?” De: “Məşriq də, məğrib də Allahındır. O, istədiyi kəsi doğru yola yönəldir!”
Təfsir
Yəhudilər və onlara oxşar münafiqlərdən olan ağılsız, cahil adamlar deyəcəklər: "Müsəlmanları bundan əvvəl üz tutduqları Beytülmüqəddəs qibləsindən döndərən görəsən nədir?!" Ey Peyğəmbər! Onlara cavab olaraq belə de: "Məşriqin də, Məğribin də və bundan başqa bütün tərəflərin də mülkü tək olan Allahındır. O, istədiyi qulunu hansı tərəfə istəyirsə, o tərəfə də yönəldir. Pak Allah, istədiyi qulunu heç bir əyriliyi və azğınlığı olmayan doğru yola, hidayət yoluna yönəldər".