Surə 2 · Cüz 1

Al-Baqarah · 2:140

أَمْ تَقُولُونَ إِنَّ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطَ كَانُوا هُودًا أَوْ نَصَارَىٰ ۗ قُلْ أَأَنْتُمْ أَعْلَمُ أَمِ اللَّهُ ۗ وَمَنْ أَظْلَمُ مِمَّنْ كَتَمَ شَهَادَةً عِنْدَهُ مِنَ اللَّهِ ۗ وَمَا اللَّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ

140. Yoxsa siz İbrahimin, İs­mai­lin, İshaqın, Yaqubun və onun nəs­linin yə­hudi ya­xud xaç­pərəst olduğunu de­yir­si­niz? De: “Siz daha yaxşı bilirsiniz, yoxsa Allah?” Alla­hın onlara na­zil et­di­yi şə­ha­­dəti gizlədən kim­sələr­dən daha zalım kim ola bi­lər?! Allah sizin et­­dik­lə­rinizdən qafil deyildir­.

Təfsir

Ey kitab əhli, yoxsa siz İbrahimin, İsmailin, İshaqın, Yəqubun və Yəqubun övladından olan peyğəmbərlərin yəhudi və ya nəsranı dinindən olduqlarını iddia edirsiniz? Ey Peyğəmbər, onlara cavab olaraq belə de: "Siz yaxşı bilirsiniz, yoxsa Allah?!". Əgər onlar bu peyğəmbərlərin yəhudi və nəsrani olduqlarını iddia etsələr, artıq yalan söyləmişlər. Çünki bu peyğəmbərlərin peyğəmbər olaraq göndərilməsi və onların vəfatı Tövrat və İncilin nazil edilməsindən əvvəl olmuşdur. Buradan belə başa düşülür ki, onların Allah və Onun rəsulları barədə dedikləri yalandan başqa bir şey deyildir. Çünki onlar özlərinə nazil olan haqqı gizlədiblər. Kitab əhlinin etdiyi kimi Allah tərəfindən gələn açıq-aydın şəhadəti bildikdən sonra onu gizlədən şəxsdən daha zalım kimsə yoxdur. Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir və əməllərinizin müqabilini sizə verəcəkdir.

Oxuyucuda aç - Surəni tam oxu