Surə 2 · Cüz 1

Al-Baqarah · 2:130

وَمَنْ يَرْغَبُ عَنْ مِلَّةِ إِبْرَاهِيمَ إِلَّا مَنْ سَفِهَ نَفْسَهُ ۚ وَلَقَدِ اصْطَفَيْنَاهُ فِي الدُّنْيَا ۖ وَإِنَّهُ فِي الْآخِرَةِ لَمِنَ الصَّالِحِينَ

130. Səfehlik edən kəsdən başqa kim İb­rahimin dinindən üz çe­vi­rər?! Biz onu dünyada elçi seçdik. Şübhəsiz ki, o, axi­rətdə də, əmə­li­sa­lehlərdəndir.

Təfsir

Öz səfehiyi və düşüncəsizliyi ucbatınan haqqı batilə dəyişib nəfsinin alçaqlığına razı olan kimsədən başqa, İbrahim Əleyhis-salamın dinindən üz çevirib başqa bir din ardınca heç kimsə getməz. Biz onu dünyada rəsul və xəlil (dost) seçdik. Şübhə yoxdur ki, o, Allahın vacib etdiyini yerinə yetirən əməlisalehlərdən və axirətdə də yüksək dərəcələrə nail olanlardandır.

Oxuyucuda aç - Surəni tam oxu