Surə 2 · Cüz 1
Al-Baqarah · 2:128
رَبَّنَا وَاجْعَلْنَا مُسْلِمَيْنِ لَكَ وَمِنْ ذُرِّيَّتِنَا أُمَّةً مُسْلِمَةً لَكَ وَأَرِنَا مَنَاسِكَنَا وَتُبْ عَلَيْنَا ۖ إِنَّكَ أَنْتَ التَّوَّابُ الرَّحِيمُ
128. Ey Rəbbimiz! İkimizi də Sənə təslim olan, nəslimizdən də Sənə təslim olacaq bir ümmət et. Bizə ibadət qaydalarını göstər və tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən!
Təfsir
Ey Rəbbimiz! Bizim hər ikimizi Sənin əmrlərinə təslim olan, Sənə itaətkar, Sənə heç bir şeyi şərik qoşmayanlardan et. Nəslimizdən də Sənə təslim olan bir ümmət et. Sənə necə ibadət etməyi bizə göstər. Günahlarımızı və Sənə etdiyimiz ibadətlərdə olan nöqsanlara görə bizi bağışla! Həqiqətən Sən, qularından tövbə edənlərin tövbələrini qəbul edənsən və onlara qarşı Rəhmlisən!