Surə 2 · Cüz 1

Al-Baqarah · 2:125

وَإِذْ جَعَلْنَا الْبَيْتَ مَثَابَةً لِلنَّاسِ وَأَمْنًا وَاتَّخِذُوا مِنْ مَقَامِ إِبْرَاهِيمَ مُصَلًّى ۖ وَعَهِدْنَا إِلَىٰ إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ أَنْ طَهِّرَا بَيْتِيَ لِلطَّائِفِينَ وَالْعَاكِفِينَ وَالرُّكَّعِ السُّجُودِ

125. Bir zaman Biz müqəddəs Evi insan­lar üçün zi­yarətgah və əmin-aman­­ bir ye­r etdik. “İb­ra­himin durduğu yeri na­mazgah edin!” Biz İb­ra­hi­mə və İs­mailə buyurduq: “Evi­mi təvaf edən­lər, eti­kafa gi­rən­lər, rüku və səc­də edən­lər üçün təmizləyin!”

Təfsir

(Ya Rəsulum!) Allah, haram evini insanların daima qəlbləri ora bağlı olan qayıdış yeri etdiyini yadına sal. Belə insalar hər dəfə oradan çıxdıqda bir daha ora qayıtmaq istəyərlər. Allah Kəbəni insanlar üçün əmin-amanlıq yeri etdi və orada heç kəsə qarşı zülüm olunmaz. (Ya Rəsulum!) İnsanlara de ki: -İbrahim evi bina etdiyi vaxt üzərində dayandığı- "daşı namazgah etsinlər!". Biz İbrahimə və İsmailə haram evini təvaf edənlər, etikafa girənlər, namaz qılanlar və orada Allaha ibadət etmək istəyənlər üçün pisliklərdən və bütlərdən təmizləmələrini vəsiyyət dedik.

Oxuyucuda aç - Surəni tam oxu