Surə 2 · Cüz 1
Al-Baqarah · 2:123
وَاتَّقُوا يَوْمًا لَا تَجْزِي نَفْسٌ عَنْ نَفْسٍ شَيْئًا وَلَا يُقْبَلُ مِنْهَا عَدْلٌ وَلَا تَنْفَعُهَا شَفَاعَةٌ وَلَا هُمْ يُنْصَرُونَ
123. Qorxun o gündən ki, o vaxt heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən bir fidyə qəbul olunmayacaq, heç kəsə şəfaət fayda verməyəcək və onlara kömək göstərilməyəcək.
Təfsir
Özünüzü qiyamət gününün əzabından qorumaq üçün Allahın əmrlərinə tabe olub qadağanlarından çəkinin. Çünki o gün heç kəs heç kəsə fayda verə bilməyəcək, böyüklüyündən aslı olmayaraq heç kəsdən fidyə qəbul edilməyəcək, kimliyindən və məqamından aslı olmayaraq heç kəsin şəfaəti heç kəs üçün fayda verməyəcək və onların Allahdan başqa heç bir kömək edən də olmayacaqdır!