Surə 2 · Cüz 1
Al-Baqarah · 2:118
وَقَالَ الَّذِينَ لَا يَعْلَمُونَ لَوْلَا يُكَلِّمُنَا اللَّهُ أَوْ تَأْتِينَا آيَةٌ ۗ كَذَٰلِكَ قَالَ الَّذِينَ مِنْ قَبْلِهِمْ مِثْلَ قَوْلِهِمْ ۘ تَشَابَهَتْ قُلُوبُهُمْ ۗ قَدْ بَيَّنَّا الْآيَاتِ لِقَوْمٍ يُوقِنُونَ
118. Kitabı bilməyənlər dedilər: “Nə üçün Allah bizi danışdırmır, yaxud bizə bir ayə gəlmir?” Onlardan əvvəlkilər də, onların sözünün bənzərini söyləmişdilər. Onların qəlbləri bir-birinə bənzəyir. Biz yəqinliklə inanan bir qövmə dəlillərimizi bəyan etdik.
Təfsir
Kitab əhlindən və müşriklərdən olan cahillər haqqı qəbul etməyə inadkarlıq göstərərək dedilər: "Nə üçün Allah bizimlə heç bir vasitə olmadan danışmır, yaxud nə üçün bizə, özümüzə məxsus bir hissi əlamət gətirmir?" Bundan əvvəl də rəsulları yalan sayan ümmətlər, zaman və məkanın dəyişməsinə rəğmən buna bənzər sözlər demişdilər. Onların qəlbləri, onlardan əvvəl yaşayıb küfr etmiş, inadkarlıq göstərmiş və həddi aşmış kimsələrin qəlblərini bənzəyir. Biz, özlərinə haqq bəyan olduqda ona tam yəqinliklə iman gətirən, ona şəkk-şübhə etməyən və inadkarlıq göstərməyən kimsələrə ayələrimizi açıq-aydın göstərdik.