Surə 17 · Cüz 15

Al-Isra · 17:93

أَوْ يَكُونَ لَكَ بَيْتٌ مِنْ زُخْرُفٍ أَوْ تَرْقَىٰ فِي السَّمَاءِ وَلَنْ نُؤْمِنَ لِرُقِيِّكَ حَتَّىٰ تُنَزِّلَ عَلَيْنَا كِتَابًا نَقْرَؤُهُ ۗ قُلْ سُبْحَانَ رَبِّي هَلْ كُنْتُ إِلَّا بَشَرًا رَسُولًا

93. yaxud qızıldan bir evin ol­ma­yın­ca; və ya göyə qalxma­yınca biz sənə inanmayacağıq. Əgər bizə oxuyacağımız bir ki­tab en­dir­mə­sən, göyə qalx­ma­ğına da inanmaya­ca­ğıq”. De: “Rəbbim pak və mü­qəd­dəsdir! Mən isə yalnız elçi gön­dəril­miş bir insanam”.

Təfsir

Yaxud qızıldan və ya daş-qaşdan bir evin ol­ma­yın­ca; yaxud da göyə qalxma­yınca biz sənə inanmayacağıq. Əgər göyə qalxmış olsan, Allah tərəfindən göndərilən bir elçi olduğuna dair bizim oxuya biləcəyimiz yazılı bir ki­tab gətirmədikcə biz sənə əsla inanmaya­ca­ğıq. Ey Peyğəmbər! Onlara de: "Rəbbim pak və mü­qəd­dəsdir! Mən sadəcə diğər elçilər kimi gön­dəril­miş bir elçiyəm. Mən dediklərinizi yerinə yetirməyə qadir deyildir. Axı mən sizin məndən tələb etdiyiniz şeyləri necə gətirə bilərəm?!"

Oxuyucuda aç - Surəni tam oxu