Surə 17 · Cüz 15

Al-Isra · 17:82

وَنُنَزِّلُ مِنَ الْقُرْآنِ مَا هُوَ شِفَاءٌ وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ ۙ وَلَا يَزِيدُ الظَّالِمِينَ إِلَّا خَسَارًا

82. Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayə­lər na­zil edirik. Bu ayələr za­lım­ların ancaq ziyanını artırır.

Təfsir

Biz, qəlblərin cəhalətdən, küfrdən, şirkdən və bədənlərindəki xəstəlikdən qurtulsun deyə, Quranda möminlər üçün şəfa na­zil edirik. Bu Quran ona əməl edən kimsələr üçün bir şəfadır. Bu Quran kafirlərin ancaq həlakını artırır. Çünki Quranı eşitmək onları qəzəbləndirər, onu yalan saymalarının və ondan üz çevirmələrini bir daha da artırar.

Oxuyucuda aç - Surəni tam oxu