Surə 17 · Cüz 15
Al-Isra · 17:76
وَإِنْ كَادُوا لَيَسْتَفِزُّونَكَ مِنَ الْأَرْضِ لِيُخْرِجُوكَ مِنْهَا ۖ وَإِذًا لَا يَلْبَثُونَ خِلَافَكَ إِلَّا قَلِيلًا
76. Müşriklər az qala səni bu torpaqdan sıxışdırıb çıxaracaqdılar. Lakin səni qovduqdan sonra özləri də orada ancaq az bir müddət qala bilərdilər.
Təfsir
Kafirlər, sənə qarşı olan ədavətləri üzündən az qala səni Məkkədən didərgin salacaqdılar. Lakin Rəbbinin hicrət etmə əmri gələnə qədər uca Allah onların səni Məkkədən qovub çıxarmalarına mane oldu. Əgər onları səni Məkkədən qovmuş olsaydılar, bu zaman özləri də orada ancaq az bir müddət qala bilərdilər.