Surə 17 · Cüz 15
Al-Isra · 17:46
وَجَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَنْ يَفْقَهُوهُ وَفِي آذَانِهِمْ وَقْرًا ۚ وَإِذَا ذَكَرْتَ رَبَّكَ فِي الْقُرْآنِ وَحْدَهُ وَلَّوْا عَلَىٰ أَدْبَارِهِمْ نُفُورًا
46. Quranı anlamasınlar deyə, Biz onların qəlblərinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən Quranda Rəbbinin Tək Allah olduğunu yada saldığın zaman onlar bu dəvətə nifrət edərək arxalarını çevirib gedərlər.
Təfsir
Quranı başa düşmələrinə əngəl olması üçün Biz onların qəlblərinə örtüklər çəkdik, onu eşitdikdə anlamamaları üçün qulaqlarına da tıxac vurduq. Sən Quranda Rəbbinin tək Allah olduğunu yada salıb onların batil ilahlarını yada salmadıqda, onlar da, ixlasla tək Allaha ibadət etməkdən uzaqlaşıb, arxalarını çevirib gedərlər.