Surə 17 · Cüz 15

Al-Isra · 17:44

تُسَبِّحُ لَهُ السَّمَاوَاتُ السَّبْعُ وَالْأَرْضُ وَمَنْ فِيهِنَّ ۚ وَإِنْ مِنْ شَيْءٍ إِلَّا يُسَبِّحُ بِحَمْدِهِ وَلَٰكِنْ لَا تَفْقَهُونَ تَسْبِيحَهُمْ ۗ إِنَّهُ كَانَ حَلِيمًا غَفُورًا

44. Yeddi göy, yer və on­lar­da olan­lar Ona təriflər deyir. Elə bir şey yox­dur ki, həmd ilə Ona tərif deməsin, la­kin siz on­ların tə­ri­fi­ni anlamazsınız. Hə­qiqətən, O, Hə­lim­dir, Bağış­la­yandır.

Təfsir

Göylər və yerlər, habelə, göylərdə və yerdə on­lar ­da Allahı anır, xatırlayır, zikir edib, Ona təriflər deyirlər. Elə bir şey yox­dur ki, o, Allahın şəninə təriflər deyib, Ona həmd-səna etməsin, la­kin siz on­ların, Allahı zikir edib, Onun şəninə tə­ri­flər deməsini anlamırsınız. Siz yalnız insanlardan, dili ilə Allahı zikir edib, Onun şəninə həmd-səna edəni anlayırsınız. Hə­qiqətən, uca Allah, qullarına qarşı hə­lim­dir, onlara əzab verməyə tələsməz. Ona tövbə edənləridə bağış­la­yandır!

Oxuyucuda aç - Surəni tam oxu