Surə 17 · Cüz 15

Al-Isra · 17:42

قُلْ لَوْ كَانَ مَعَهُ آلِهَةٌ كَمَا يَقُولُونَ إِذًا لَابْتَغَوْا إِلَىٰ ذِي الْعَرْشِ سَبِيلًا

42. De: “Əgər müşriklərin söy­lədikləri kimi Allahla ya­na­şı baş­qa məbudlar ol­saydı, onlar Ərş Sahibinin yanına çat­maq üçün yol ax­ta­rardılar”.

Təfsir

Ey Peyğəmbər! O müşriklərə belə de: "Əgər müşriklərin yalan və böhtan ataraq söy­lədikləri kimi, uca Allahla ya­na­şı baş­qa məbudlar ol­saydı, bu zaman varlığı idda edilən batil məbudlar, ərş sahibi uca Allahın mülkünə sahib olub, Ona qalib gəlmək üçün bir yol ax­ta­rardılar".

Oxuyucuda aç - Surəni tam oxu