Surə 17 · Cüz 15
Al-Isra · 17:4
وَقَضَيْنَا إِلَىٰ بَنِي إِسْرَائِيلَ فِي الْكِتَابِ لَتُفْسِدُنَّ فِي الْأَرْضِ مَرَّتَيْنِ وَلَتَعْلُنَّ عُلُوًّا كَبِيرًا
4. Biz Kitabda İsrail oğullarına: “Siz yer üzündə iki dəfə fəsad törədəcək və olduqca təkəbbür göstərəcəksiniz”– deyə xəbər verdik.
Təfsir
Biz Tövratda İsrail oğullarına: "Siz günahlar və insanlara qarşı təkəbbürlük etməklə yer üzündə iki dəfə fitnə-fəsad törədəcək və insanlara zülm edib, həddinizi aşaraq, insanlar üzərində lovğalıq edəcəksiniz!" – deyə xəbər verdik.