Surə 17 · Cüz 15

Al-Isra · 17:36

وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ ۚ إِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ أُولَٰئِكَ كَانَ عَنْهُ مَسْئُولًا

36. Haqqında elmin olmadığı bir şeyin dalınca getmə. Çün­ki qulaq, göz və ürək – bun­ların ha­mısı sahibinin əməl­ləri barəsində sorğu-sual olu­na­caq­.

Təfsir

Ey Adəm övladı! Haqqında elmin olmadığı bir şeyin dalınca getmə. Yoxsa zənnə və şəkk-şübhəyə qapanmış olarsan. Çün­ki insan qulaq, göz və qəlbini istifadə edərək qazandığı hər bir xeyir və şərə görə Allah yanında sorumludur. Beləliklə də, qiyamət günü bu əzalar ilə qazandığı xeyirə görə müxafat verilər və şərə görə də cəzalandırılar.

Oxuyucuda aç - Surəni tam oxu