Surə 17 · Cüz 15

Al-Isra · 17:34

وَلَا تَقْرَبُوا مَالَ الْيَتِيمِ إِلَّا بِالَّتِي هِيَ أَحْسَنُ حَتَّىٰ يَبْلُغَ أَشُدَّهُ ۚ وَأَوْفُوا بِالْعَهْدِ ۖ إِنَّ الْعَهْدَ كَانَ مَسْئُولًا

34. Yetim həddi-büluğa ça­tana qə­dər, – xeyirxahlıq (qo­ruyub sax­la­maq və artırmaq məqsədilə is­tifadə etmək) is­tis­na olmaqla, – onun malına ya­xın­laşmayın! Əhdə vəfa edin. Çünki hər kəs əhd ba­rə­sində sor­ğu-sual oluna­caq­.

Təfsir

Atası vəfat edib yetim qalmış uşaqların malına həddi-büluğa, ağıla-kəmala ça­tana qə­dər qo­ruyub sax­la­maq və artırmaq məqsədilə is­tifadə etmək is­tis­na olmaqla ya­xın­laşmayın! Allah ilə, həmçinin, öz aranızdakı əhdləri pozmadan və ya naqislik etmədən yerinə yetirin. Çünki Uca Allah qiyamət günü əhd verən kimsədən, verdiyi əhdi ba­rə­sində sor­ğu-sual edəcəkdir. Əgər əhdini yerinə yetirmişsə Allah onu mükafatlandıracaq, əhdinə xilaf çıxmışsa ona cəzalandıracaqdır.

Oxuyucuda aç - Surəni tam oxu