Surə 17 · Cüz 15

Al-Isra · 17:28

وَإِمَّا تُعْرِضَنَّ عَنْهُمُ ابْتِغَاءَ رَحْمَةٍ مِنْ رَبِّكَ تَرْجُوهَا فَقُلْ لَهُمْ قَوْلًا مَيْسُورًا

28. Əgər sən Rəbbindən di­lə­diyin mər­həməti umaraq on­ların üzü­nə bax­mırsansa (imka­­nın olma­dığı üçün onlara bir şey verə bil­mirsənsə), onda on­lara xoş söz de.

Təfsir

Əgər Allahın sənə ruzi bəxş edəcəyini gözləyirsənsə və imka­­nın olma­dığı üçün onlara bir şey verə bil­mirsənsə ən azından bu zaman onlara könüllərini alan yumuşaq, xoş söz söylə. Ruzilərinin genişlənməsi üçün dua et. Yaxud uca Allah sənə bir ruzi bəxş etdikdə, o ruzidən onlara verəcəyinə dair vəd ver!

Oxuyucuda aç - Surəni tam oxu